Böyük Britaniyanın Baş Naziri Boris Conson Lüksemburqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.
APA-nın London bürosunun “Guardian”a istinadən verdiyi xəbərə görə, sentyabrın 16-da baş tutacaq görüş zamanı Brexit üzrə məsələlər müzakirə olunacaq.
B. Conson daha sonra Lüksemburqun Baş Naziri Ksavye Bettellə də görüşəcək.
Qeyd edək ki, Avropa Komissiyasının yeni seçilmiş prezidenti Ursula von der Leyen səlahiyyətlərinin icrasına noyabrın 1-dən başlayacaq.