Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel bildirib ki, Avropa ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib.
APA xəbər verir ki, bu barədə Borelin bəyanatında qeyd olunub.
“Təhlükəsizliyə ciddi risk olduğundan, Aİ ölkələri öz vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edir”, - deyə o bildirib.
Bundan əvvəl Aİ bu ölkədə etirazların yatırılmasında iştirak edən İranın ayrı-ayrı şəxsləri və təşkilatlarına qarşı şəxsi sanksiyaları genişləndirib.
Sanksiya siyahısına İranın mədəniyyət və təhsil nazirləri, həmçinin İranın hüquq-mühafizə orqanları ilə əlaqəli iki təşkilat da daxil olmaqla 30-dan çox şəxs əlavə edilib.