Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çinə səfər edəcək.
APA xəbər verir ki bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
Bildirilib ki, Ali Nümayəndə Borrell oktyabrın 12-14-dək Çində səfərdə olacaq.
Oktyabrın 13-də Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə birlikdə 12-ci Aİ-Çin Strateji Dialoquna həmsədrlik edəcək. Dialoq çərçivəsində Aİ-Çin ikitərəfli münasibətləri, beynəlxalq və regional problemlər, qlobal çağırışlar və çoxtərəflilik üzrə müzakirələr aparılacaq.
Cozep Borrell Pekin Universitetində də çıxış edəcək.