İspaniyanın Toledo əyalətində baş verən dəmir yolu qəzasında həyatını itirənlərin sayı 74 nəfərə yüksəlib.
“El Diario” qəzetinin məlumatına görə, daha əvvəl hadisə nəticəsində 69 nəfərin öldüyü bildirilmişdi.
Qəza oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar icmasının Toledo əyalətindəki Urda yaşayış məntəqəsi yaxınlığında baş verib.
Madrid–Sevilya marşrutu üzrə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qəza zamanı qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.