Bank Of Baku

Borrell Rusiya vətəndaşlarına qarşı viza qadağasını dəstəkləməyib

Cozep Borrell

© APA | Cozep Borrell

# 22 avqust 2022 15:15 (UTC +04:00)

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiya vətəndaşlarına viza verilməsinin qadağan olunması fikrini dəstəkləmədiyini bəyan edib.
APA xəbər verir ki, bu barədə Cozep Borrell İspaniyanın Santander şəhərində konfransda çıxışı zamanı deyib.
"Bu çox mübahisəli təklifdir... Bəzi ölkələr bununla bağlı artıq müəyyən tədbirlər görüb, bəziləri isə bunu dəstəkləmək fikrində deyil. Məncə, bütün rusların ölkəyə girişinə qadağa qoyulması yaxşı fikir deyil. Biz daha seçici olmalıyıq”, - Borrell bildirib.
Diplomatın fikrincə, rusiyalı iş adamlarının Aİ-yə daxil olmasına icazə verilməməlidir, lakin “ölkəni tərk etmək istəyən, belə vəziyyətdə orada qalmağa hazır olmayan” çoxlu ruslar var. Biz bu rusların üzünə qapını bağlaya bilmərik, məncə, bu, yaxşı fikir deyil", deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR