Rusiyanın Ukrayna şəhərlərinə hücumları cəzasız qalmayacaq.
APA xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter” paylaşımında qeyd edib. O, Rusiyanı mülki şəxsləri hədəf almaqda ittiham edib:
“Dünən Ukraynanın şəhərlərinə daha bir Rusiya raket zərbəsi endirildi. Rusiyanın qeyri-insanı təcavüzü birbaşa mülki şəxsləri, o cümlədən uşaqları hədəf alır. Bu cinayətlər cəzasız qalmayacaq. Avropa İttifaqı Ukraynaya dəstəyini lazım olduğu müddətcə davam etdirəcək”, - deyə Borell qeyd edib.