Bank Of Baku

Borrell: "Ukraynanın yanındayıq, əlavə hərbi dəstək yoldadır"

Cozep Borrell

© APA | Cozep Borrell

# 10 oktyabr 2022 13:36 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın Ukrayna şəhərlərinə son hücumlarını pisləyib.

APA xəbər verir ki, bu barədə Cozep Borrell "Twitter"də bildirib.

"Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərində dinc sakinlərə hücumlarından dərindən sarsıldım. 21-ci əsrdə belə hərəkətlərin yeri yoxdur. Mən bu hücumları ən sərt şəkildə qınayıram. Biz Ukraynanın yanındayıq. Aİ-dən əlavə hərbi dəstək yoldadır", - Aİ-nin Ali Nümayəndəsi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR