Rusiya atəşkəs əvəzinə, mülki obyektləri bombalayır, mülki əhalini hədəf alır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell NATO Baş katibi Yens Stoltenberq və Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.
Rusiyanın nüvə ölkəsi olduğuna diqqət çəkən Borrell, Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvü olduğunu xatırladıb: “Amma o qonşu ölkəyə hücum etdi. Ukraynanın özünü müdafiə etməsi onun suveren hüququdur və biz də təcavüzkara qarşı duran Ukraynanı müdafiə etməliyik. Bu, legitimdir. Bizim yardımlarımız kifayət deyil, biz dəstəyi sürətləndirməliyik”.