Bank Of Baku

Borrell: Yaxın Şərqin tarixində faciəli anlar yaşanır

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 10 oktyabr 2023 16:35 (UTC +04:00)

"Yaxın Şərqin tarixində faciəli anlar yaşanır, mülki insanlar öldürülür".

APA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ- Körfəz Ölkələri Əməkdaşlıq Şurasının Nazirlər Şurasının iclasının yekununda keçirilən mətbuat konfransında deyib.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, oktyabrın 7-də HƏMAS-ın hücumu nəticəsində İsraildə mülki əhali öldürülüb və mülki əhali bu hücum nəticəsində meydana çıxan son vəziyyətin ağır nəticələri ilə üzləşməyə davam edir.

"Bu hücumların iki xalqın sülh və təhlükəsizlik içində yanaşı yaşaması imkanına qarşı mənfi nəticələr yaradacaq".

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, o, həm Fələstin, həm də İsrail xarici işlər nazirləri ilə danışıb, vəziyyəti müzakirə edib.

"Biz terror və şiddəti kəskin şəkildə qınayırıq, daha çox mülki şəxsin ölümünün qarşısını almaq üçün beynəlxalq humanitar hüquqa hörmətin vacibliyini vurğulayırıq. Bu gün biz razılığa gəldik ki, prioritet zorakılığı dayandırmaq və daha çox regional eskalasiyanın qarşısını almaq olmalıdır. Girovların sağ qaytarılması və mülki əhalinin qorunması hər iki tərəfin öhdəliyi olmalıdır. Görüşümüzün yekun bəyannaməsində qeyd olunduğu kimi biz mülki əhaliyə qarşı bütün hücumları pisləyirik. Tərəflərin beynəlxalq humanitar hüquq qarşısında öhdəliklərini xatırladaraq mülki əhalinin qorunmasının vacibliyini vurğulayırıq. Bütün girovların qaytarılması, ərzaq, su, tibbi ehtiyaclara çıxışın təmin olunması çox vacibdir".

Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, münaqişənin siyasi həlli üçün bu zorakılıq, şiddət və terror təkrar olunmamalıdır.

"Biz iki dövlətli həll yolunu dəstəkləyirik və başqa həll yolu bilmirik", - Borrell deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR