Bosfor boğazında saya oturan gəmi təhlükəsiz yerə dartılıb.
APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, 173 metr uzunluğundakı “LADY ZEHMA” gəmisi baxış üçün limana aparılıb. Boğazda gəmilərin hərəkəti bərpa olunub.
***
00.03
Ukraynadan gələn gəmi Bosfor boğazında saya oturub.
APA-nın "Milliyyet" qəzetinə istinadla xəbər verir ki, 173 metr uzunluğundakı “LADY ZEHMA” gəmisi saya oturduğu üçün boğazda naviqasiya müvəqqəti olaraq dayandırılıb.
Hadisə yerinə KURTARMA-5, KURTARMA-6, KURTARMA-9, KURTARMA-12 və NAZIM TUR yedəkçi gəmiləri yollanıb. Hazırda gəminin boğaza çəkilməsi üçün iş gedir.