İsveç və Finlandiya hələ də terrorçularla bağlı Türkiyənin şərtini yerinə yetirməyib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.
O qeyd edib ki, İsveç və Finlandiya hələ də Türkiyənin onlardan ekstradisiyasını tələb etdiyi terrorçularla bağlı bir cavab verməyib, onları Türkiyəyə təslim etməyib.
Nazir vurğulayıb ki, bu şərt yerinə yetirilmədiyi halda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesində bir addım belə irəliləyiş ola bilməz.