Slovakiyanın Banska-Bistritsa şəhərində qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
APA xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.
Banska-Bistritsa paytaxt Bratislavadan sonra fövqəladə vəziyyət elan olunan ikinci şəhərdir.
Yaxın Şərq və Asiyadan Qərbi Avropaya axın edən miqrantlar ölkədə xaos yaradıb.
Avstriya, Polşa və Çexiyanın ötən çərşənbə günündən etibarən Slovakiya ilə sərhədlərini bağlayandan sonra miqrantlar Bratislava və Banska-Bistritsada məskunlaşıb.