Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Selso Amorim Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Braziliyada nəşr olunan “Folha de São Paulo” qəzeti məlumat yayıb.
Amorim Zelenskidən başqa xarici işlər nazirinin müavini Andrey Melnik, eləcə də Ukrayna hökumətinin digər üzvləri ilə görüşüb. O, ölkədə olmadığı üçün Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı görməyə macal tapmayıb.