Paşha Bank
Bank Of Baku

Britaniya anti-Azərbaycan mövqeli gürcü politoloqa sanksiya tətbiq edib

Nikoloz Mjavanadze

© APA | Nikoloz Mjavanadze

# 01 oktyabr 2026 15:04 (UTC +04:00)

Böyük Britaniya Rusiya təbliğatının yayılmasında iştirak edən 4 Gürcüstan vətəndaşına sanksiya tətbiq edib.

APA-nın yerli bürosu xəbər verir ki, həmin şəxslər Nikoloz Mjavanadze, Giorgi İremadze, Mamuka Pipia və Paata Abuladzedir.

Rusiyaya qarşı genişləndirilmiş sanksiyalar siyahısında həmçinin Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələri ilə əlaqəli olan Marat Kambolov, Alan Qaqloev və Sergey Tolmaçov da yer alıb.

Sanksiya tətbiq edilmiş şəxslərə qarşı məhdudiyyətlərə aktivlərin dondurulması və Böyük Britaniyaya səfər qadağası daxildir.

Qeyd edək ki, Nikoloz Mjavanadze “Sezoni” teleşirkətinin təsisçisi, “Taonews” informasiya agentliyinin baş direktoru, Gürcüstanın Hüquq Müdafiəçiləri Birliyinin sədri, vəkil, jurnalist və politoloq kimi tanınır. O, rusiyapərəstliyi ilə seçilir, mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparır, aksiyalar keçirir və təxribatçı bəyanatlarla çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR