Rusiya ordusu Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA ilə zərbə endirib.
Bu barədə “Suspilne” Ukraynanın Dövlət Nüvə Tənzimləmə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, institutun ərazisində VVR-M tədqiqat reaktoru yerləşir. Sentyabrın 30-da gecə endirilən zərbə nəticəsində ərazidə baş verən yanğın daha sonra söndürülüb.
Dövlət Nüvə Tənzimləmə Xidmətinin məlumatına görə, reaktorun özü və təhlükəsizlik baxımından mühüm sistemlər zədələnməyib, radiasiya fonunda da dəyişiklik qeydə alınmayıb.