Bank Of Baku

Britaniya Hərbi Dəniz Qüvvələri Ədən körfəzi yaxınlığında gəmiyə hücum barədə məlumat yayıb

Britaniya Hərbi Dəniz Qüvvələri Ədən körfəzi yaxınlığında gəmiyə hücum barədə məlumat yayıb
# 07 aprel 2024 11:00 (UTC +04:00)

Ədən körfəzindən 59 dəniz mili cənub-qərbdə gəmiyə hücum baş verib.

APA xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, gəmi yerli vaxtla saat 05:05-də hücuma məruz qalıb. "Faktla bağlı araşdırma aparılır", - mesajda deyilir. Əlavə məlumat verilmir.

Mərkəz Qırmızı dəniz bölgəsindəki gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli insident barədə məlumat vermək üçün standart tövsiyələr verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR