Bank Of Baku

Britaniya İran rəsmilərinə sanksiya tətbiq edib - YENİLƏNİB

Britaniya İran rəsmilərinə sanksiya tətbiq edib - YENİLƏNİB
# 20 fevral 2023 20:27 (UTC +04:00)

Böyük Britaniya İrana sanksiya tətbiq edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Britaniya XİN məlumat verib.

Sanskiyaya məruz qalanların arasında baş prokurorun müavini Əhməd Fazelyanın adı da var.

Bildirilib ki, sanksiyaya məruz qalan şəxslər İran İslam Respublikasının Quru Qoşunlarının Baş komandanı Kiyumərs Heydari, Sarallah qərargahının İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini Hüseyn Nejat, Hüquq-Mühafizə Qüvvələri komandanının müavini Qasım Rezainin də adları var.

Britaniyanın Xarici İşlər Naziri Ceyms Kleverli bildirib ki, bu gün sanksiyaya məruz qalanlar siyasi məqsədlər üçün ölüm hökmündən istifadə edən ədliyyə xadimlərindən tutmuş küçələrdə etirazçıları döyənlərə qədər, İran xalqına qarşı rejimin amansız repressiyasının mərkəzində dayanırlar.

***

Saat 19:59

Böyük Britaniya SEPAH-ın komandirlərinə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

SEPAH-ın komandirləri ilə yanaşı, iranlı hakimlər və məmurlara da sanksiya tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR