Bank Of Baku

Britaniya İranın mədəniyyət nazirinə sanksiya tətbiq edib

İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili

© APA | İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili

# 15 sentyabr 2023 16:39 (UTC +04:00)

Böyük Britaniya İranın mədəniyyət nazirinə sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, Məhsa Əmininin İranın Əxlaq Polisinin nəzarətində ölümünün ildönümü ilə əlaqədar Böyük Britaniya, ABŞ, Kanada və Avstraliya İran rəsmiləri və qurumlarına qarşı koordinasiyalı sanksiyalar tətbiq edib.

Böyük Britaniyanın sanksiyaları İranın məcburi hicab qanununun hazırlanması və icrasına cavabdeh olan yüksək səviyyəli qərar qəbul edən şəxslərə yönəlib.

Sanksiyalara məruz qalanlar arasında İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili və onun müavini Məhəmməd Haşimi, Tehranın meri Əlirza Zəkani, İran polisinin sözçüsü Səid Montazer Əl-Mehdi var.

Böyük Britaniya bu gün həmçinin İranın internet xidməti provayderi "Arvan Cloud"a da sanksiya tətbiq edib. "Arvan Cloud" İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR