"Keçən həftə Rusiya mətbuatı hər il keçirilən Rusiya Beynəlxalq Ordu Oyunlarının 2023-cü ildə keçirilməyəcəyi barədə məlumat yaydı. “Müharibə Olimpiadası” kimi təqdim edilən oyunların məqsədi həm də Rusiyanın ordunu populyar mədəniyyətin mərkəzində saxlamaq cəhdidir və bu, simvolikdir".
APA xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti yaydığı məlumatda qeyd olunub.
"Festivala bənzər bu oyunlar xüsusilə Tank Biatlonu ilə tanınır. Rusiya çox güman ki, oyunları müharibə zamanı qeyri-ciddi görünəcəyindən narahat olduğu üçün ləğv edib.
Ukraynadakı itkilərə görə Rusiya Müdafiə Nazirliyinin tankların, tank ekipajlarının və digər ixtisaslı kadr çatışmazlığının Rusiya komandasının medallar cədvəlində üstünlüyünü riskə atacağından narahat olması da real ehtimaldır", Kəşfiyyat Xidməti bildirib.