Bank Of Baku

Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb

Britaniya kəşfiyyatı: Rusiyada ötən ay 10 min məhbus orduya yazılıb
# 11 may 2023 10:32 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi (MN) 2023-cü ilin əvvəlindən məhbusların Ukraynada döyüşlərə cəlb olunması sxemini gücləndirib.

APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, təkcə cari ilin aprelində 10 min məhbus orduya yazılıb.

Məlumatda vurğulanıb ki, 2022-ci ilin yayından bəri məhbuslar Ukraynada genişlənmə əməliyyatları aparan “Vaqner”in əsas rekrut mənbəyi olub. Lakin, “Vaqner”in Rusiya MN ilə yaşadığı gərginlik səbəbilə 2023-cü ilin fevralından ölkənin ədliyyə sisteminə çıxışı itirdiyi ehtimal edilir.

Britaniya Kəşfiyyatının məlumatında əlavə olunub ki, məhbusların ordu sıralarına cəlb edilməsi kampaniyası yeni məcburi səfərbərlik elan etməkdən çəkinən Rusiya MN-nin öz hərbi qüvvələrinin sayını artırmaq səylərinin bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR