Bank Of Baku

Britaniya kəşfiyyatı: Rusiyanın yazdakı hücumu nəticə verməsə, hakimiyyət daxilində gərginlik artacaq

Britaniya kəşfiyyatı: Rusiyanın yazdakı hücumu nəticə verməsə, hakimiyyət daxilində gərginlik artacaq
# 20 fevral 2023 10:51 (UTC +04:00)

Baxmut və Uqledarda itkilər yüksəkdir.
APA xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir.
Kəşfiyyat Xidmətinin məlumatına görə Rusiya Ukraynanın şərqində əsasən üç istiqamətdə - Uqledar, Kremennaya və Baxmuta hücumlarını davam etdirir.
"Xüsusilə Baxmut və Uqledarda itkilərin yüksək olaraq qalır. Konkret olaraq, “elit” 155-ci və 40-cı Dəniz Piyada Briqadaları Uqledarda böyük itkilər veriblər və çox güman ki, döyüşlərdə irəliləyiş əldə edə bilmirlər. İşğalın ildönümü yaxınlaşdıqca Rusiya qüvvələrinə siyasi təzyiq artır. Çox güman ki, Rusiya döyüş meydanındakı reallıqdan asılı olmayaraq, Baxmutun ələ keçiriləcəyini iddia edəcək. Əgər Rusiyanın yazdakı hücumu heç bir nəticə verməsə, o zaman Rusiya rəhbərliyi daxilində də gərginlik artacaq", Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR