Bank Of Baku

Britaniya kəşfiyyatı: Ukraynada Rusiyanın təxminən 40-60 min hərbçisi həlak olub

Britaniya kəşfiyyatı: Ukraynada Rusiyanın təxminən 40-60 min hərbçisi həlak olub
# 17 fevral 2023 12:30 (UTC +04:00)

Ukraynanın işğalı başlayandan Rusiya Müdafiə Nazirliyinin (MN) və özəl hərbi podratçıların döyüşlərə cəlb etdiyi 175-200 000 döyüşçü yaralanıb və ya həlak olub.

APA xəbər verir ki, Böyük Britaniya MN-nin Kəşfiyyat Xidmətinin məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Rusiyanın təxminən 40-60 min hərbçisinin həlak olduğu ehtimal edilir.

Vurğulanıb ki, Rusiyanın itkilərinin sayı 2022-ci ilin sentyabrında qismən səfərbərliyin elan edilməsindən sonra nəzərəçarpan dərəcədə artıb

“Müasir standartlara görə yaralananlara nisbətdə həlak olanların sayı olduqca yüksəkdir”, - bildirilib.

Rusiyanın itkilərinin əsas səbəbinin artilleriya zərbələri olduğu bildirilib.

Məlumatda Vaqner özəl hərbi şirkətin məhkumlardan ibarət çox sayda rekrutunun münaqişə bölgəsinə cəlb edildiyi və onların təxminən 50 faizədək itki verdiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR