Bank Of Baku

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 26 sentyabr 2024 15:25 (UTC +04:00)

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

APA xəbər verir ki, bu barədə Böyük Biritaniya hökuməti məlumat yayıb.

Böyük Britaniya Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) sektoruna daxil olan 5 gəmi və 2 müəssisəyə sanksiya tətbiq edib.

Bildirilib ki, bu fəaliyyət Putinin Ukraynadakı müharibəsi üçün ən kritik maliyyə mənbəyi olan Rusiyanın gələcək enerji gəlirlərini artırmaq cəhdlərinə qarşı müttəfiqlərlə birgə səylərə əsaslanır.

Diqqətə çatdırılıb ki, LNG Putinin Ukraynadakı qeyri-qanuni müharibəsi üçün mühüm maliyyə mənbəyidir.

Xatırladılıb ki, Böyük Britaniya ümumilikdə Rusiyanın LNG sektorunda iştirak edən 15 gəmi və quruma sanksiya tətbiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR