“Böyük Britaniyanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, lakin Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə əlaqədar onun əməkdaşlarının bir hissəsi Lvova köçürülüb”.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bunu “Sky News”a müsahibəsində Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbəri Liz Tras deyib.
O bildirib ki, heyətin bir hissəsi Ukraynanın qərbinə, Lvova köçürülüb.
“Lakin biz Kiyevdə diplomatik mövcudluğumuzu saxlayırıq. Biz bunu daha da davam etdirmək niyyətindəyik və Ukraynadakı vəziyyəti daim izləyirik”, - deyə nazir qeyd edib