Bank Of Baku

Britaniya Ukraynaya NASAMS ZRK üçün raketlər verəcək

Britaniya Ukraynaya NASAMS ZRK üçün raketlər verəcək
# 13 oktyabr 2022 04:23 (UTC +04:00)

Böyük Britaniya hökuməti Ukraynaya ABŞ istehsalı olan NASAMS zenit-raket kompleksləri üçün raketlər verəcək.

APA xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ ilin sonunadək Ukraynaya 2 NASAMS tədarük edəcək. Növbəti 6 kompleks isə gələn il çatdırılacaq. London isə Ukraynaya əlavə 18 haubitsa yollayacaq.

Rusiya ordusunun Ukraynanın enerji şəbəkəsinə zərbəsindən sonra Birləşmiş Krallıq Kiyevə NASAMS sistemləri üçün raket tədarük etməyi qərara alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR