Bank Of Baku

Britaniya və Almaniya liderləri Ukraynaya dəstəyin artırılması barədə razılığa gəliblər

Britaniya və Almaniya liderləri Ukraynaya dəstəyin artırılması barədə razılığa gəliblər
# 18 fevral 2023 15:32 (UTC +04:00)

Baş nazir Rişi Sunak bu gün Münhendə Almaniya kansleri Olaf Şoltsla görüşüb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Rişi Sunak kansler Şoltsa Almaniyanın Rusiyadan enerji asılılığının aradan qaldırılmasında və Almaniyanın müdafiəsinin gücləndirilməsində oynadığı rola görə təşəkkür edib.

Liderlər Ukraynaya rekord səviyyədə beynəlxalq dəstəyin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər. Onlar əsas döyüş tankları və digər avadanlıqlarla bağlı son beynəlxalq təkliflərin çox əhəmiyyətli olacağı barədə razılığa gəliblər.

Baş nazir müttəfiqlərin təkcə qısa müddətdə sülhü təmin etmək haqqında deyil, Ukraynanın uzunmüddətli müdafiəsini gücləndirmək haqqında düşünməsinin vacibliyini vurğulayıb.

Liderlər NATO-nun gücləndirilməsinin vacibliyini də müzakirə edib, İsveç və Finlandiyanın üzvlüyünə dəstək ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR