Londonda etiraz aksiyaları zamanı sağçı radikallar tərəfindən 9 polis əməkdaşı yaralanıb.
APA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə London Polis İdarəsi (Scotland Yard) məlumat yayıb.
“Etiraz aksiyalarının iştirakçılarının polisə qarşı həddindən artıq zorakılığı dərin narahatlıq doğurur. Bunlar əsasən İngiltərənin hər yerindən gələn futbol xuliqanları idilər və günün çox hissəsini onları dayandırmağa çalışan polis əməkdaşlarına hücum edirdilər”, - deyə “Scotland Yard”ın rəhbərinin müavini Matt Tvist deyib.