Bank Of Baku

Britaniyada inflyasiya tarixi maksimuma çatıb

Britaniyada inflyasiya tarixi maksimuma çatıb
# 15 aprel 2022 00:42 (UTC +04:00)

Böyük Britaniyada inflyasiya 30 illik tarixi maksimuma çatıb.

APA-nın Britaniya Milli Statistika Ofisininə istinadla məlumatına görə, ölkədə mart ayında inflyasiya 7% təşkil edib.

Belə göstərici son dəfə 1992-ci ilin martında qeydə alınmışdı. İlin əvvəlində göstərici 6,2% idi. Qiymət artımı əsasən ərzaq, nəqliyyat, yanacaq və otelçilik sahələrində müşahidə olunub.

Ofis yaxın dövr üçün də proqnoz verib. Mütəxəssislərin fikrincə, yaxın aylarda inflyasiyada yüksəliş davamlı olacaq. Aprelin ilk günlərindən qiymət artımı hiss olunur. Səbəb enerji daşıyıcılarının bahalaşmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR