Fransada noyabrın 7-də keçiriləcək etiraz aksiyaları zamanı ictimai asayişin qorunması üçün ölkə üzrə 70 min polis və jandarm cəlb olunacaq.
APA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nünez məlumat verib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin tərkibində 110 mobil bölmə, 25 zirehli texnika və su şırnaqlı maşınlar da olacaq.
Nazir qeyd edib ki, noyabrın 5-də keçirilən aksiyalar əsasən sakit keçsə də, noyabrın 7-dəki etirazların əksəriyyəti həmkarlar ittifaqları tərəfindən təşkil olunmadığından vəziyyət fərqli ola bilər.