Bank Of Baku

Britaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv edilir

Britaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv edilir
# 21 fevral 2022 21:11 (UTC +04:00)

Böyük Britaniyada bu həftədən etibarən koronavirusa yoluxanların özlərini təcrid etmələrinə ehtiyac qalmayacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazir Boris Conson parlamentdə çıxışı zamanı deyib. Yeni qaydaya görə, 24 fevraldan etibarən Birləşmiş Krallıqda koronavirusa yoluxmuş şəxslərin özlərini evlərində izolyasiya etmələrinə ehtiyac qalmayacaq.

Baş nazir bildirib ki, insanlar koronavirusa yaşamağı öyrənməlidir: "Pandemiya bitməsə də, biz Omikron variantının pik dövrünü geridə buraxmışıq", - deyə Conson bildirib. Bundan əlavə Conson aprelin 1-dən ictimaiyyət üçün pulsuz Covid testlərinin də başa çatacağını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR