Böyük Britaniyanın Şərqi Sasseks qraflığında, Lyuis şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə İngiltərənin cənub-şərq sahilində fəaliyyət göstərən təcili tibbi yardım xidməti məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır, daha doqquz nəfər isə nisbətən yüngül xəsarətlər alıb. Zərərçəkənlərə hadisə yerində tibbi yardım göstərilib, bəzi şəxslər müalicə üçün yerli xəstəxanalara aparılıb.
Londondan İstborn şəhərinə gedən qatarda təxminən 150 sərnişinin olduğu qeyd edilib.
Hadisə səbəbindən İngiltərənin cənubunda dəmir yolu nəqliyyatının hərəkəti qismən iflic olub. Operatorlar gün ərzində qatarların gecikməsi və ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib və sərnişinlərə mümkün qədər səfərlərdən çəkinməyi tövsiyə ediblər.
Böyük Britaniya, qatar qəzası, xəsarət
***
20:30
İngiltərənin Şərqi Susseks qraflığında Lyuis şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Bu barədə BBC məlumat yayıb.
Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və nəqliyyat polisi əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilmir.