Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən üç Bolqarıstan vətəndaşı saxlanılıb.
APA xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata əsasən, təqsirləndirilən şəxslər fevral ayında saxlanılıb və o vaxtdan indiyə qədər həbsdədirlər.
Saxlanılan şəxslərin Rusiya xüsusi xidmət orqanlarında işləməsi barədə şübhələr var və həmin şəxslər casusluq fəaliyyətini həyata keçirə bilmək üçün saxta sənədlərə sahib olmaqda ittiham olunurlar.
Axtarış keçirilərkən aşkar olunan sənədlərin içində Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya pasportları, şəxsiyyət vəsiqələri və digər sənədlər olub.