Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenlə Ukrayna məsələsini müzakirə edəcək.
APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Boris Conson Şotlandiyaya səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Diplomatik prosesə kömək etmək üçün əlimdən gələni edəcəyəm. Mən çox yaxında müxtəlif liderlərlə, o cümlədən Co Baydenlə danışacağam”, - Baş nazir qeyd edib.