Bank Of Baku

Britaniyanın daxili işlər naziri vəzifəsindən azad olunub

Britaniyanın daxili işlər naziri vəzifəsindən azad olunub
# 13 noyabr 2023 12:50 (UTC +04:00)

Böyük Britaniyanın daxili işlər naziri vəzifəsindən azad olunub.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Baş nazir Rişi Sunak Britaniyanın daxili işlər nazirini vəzifəsindən azad edib.

Rişi Sunak daxili işlər naziri Suella Breyvermana onun hökumətdən getməsini istədiyini bildirib. Daxili işlər nazirinə başqa vəzifə təklif olunmayıb.

Xatırladaq ki, daxili işlər naziri polis və Fələstinə dəstəklə bağlı yürüşlər haqqında söylədiyi şərhlərdən sonra tənqid olunub. Böyük Britaniya müxalifəti onu "nifrət nitqi yaymaqda" ittiham edib . Suella Breyverman Fələstinə dəstək nümayişlərini "nifrət yürüşləri" adlandırıb və polisi etirazları idarə edərkən "ikili standartlarda" ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR