Bank Of Baku

Britaniyanın maliyyə naziri dəyişib - YENİLƏNİB

Ceremi Hant

© APA | Ceremi Hant

# 14 oktyabr 2022 17:01 (UTC +04:00)

Ceremi Hant Böyük Britaniyanın yeni maliyyə naziri təyin edilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, o, Tereza Meyin dövründə xarici işlər naziri, David Kemeron dövründə isə səhiyyə və mədəniyyət naziri vəzifəsini tutub.

Ceremi Hant yayda baş nazirlik uğrunda gedən mübarizə zamanı Liz Trassın rəqibi Rişi Sunakın ən yaxın tərəfdarlarından biri idi.

Qeyd edək ki, bu gün Britaniyanın maliyyə naziri Kuasi Kuartenq istefa verib.

***

16:22

Britaniyanın maliyyə naziri Kuasi Kuartenq istefa verib.

APA xəbər verir ki, bu barədə o, "Twitter" hesabında bildirib.

“Siz məndən kansler kimi kənarda durmağımı xahiş etdiniz. Mən qəbul etdim”, - Kvartenq Baş nazir Liz Trassa ünvanladığı istefa məktubunda bildirib.

Qeyd edək ki, o, 38 gün əvvəl bu posta təyin olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR