Bank Of Baku

Britaniyanın müdafiə naziri Putini I Nikolayla müqayisə edib

Britaniyanın müdafiə naziri Putini I Nikolayla müqayisə edib
# 23 fevral 2022 17:28 (UTC +04:00)

London lazım gələrsə, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmağa hazırdır.

APA-nın London bürosu xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas bildirib.

“Şotland qvardiyaları 1853-cü ildə Krımda çar I Nikolayı təpiklədilər. Biz bunu həmişə təkrar edə bilərik", - deyə Ben Vallas 1853-1856-cı illərdə baş verən Krım Müharibəsini xatırlayıb.

Nazirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin vaxtında imperator I Nikolayın Qərblə qarşıdurmada buraxdığı səhvi edib. "Çar I Nikolay Putinin indi etdiyi səhvə yol verdi. Onun dostları, ittifaqları yox idi", - Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR