Bank Of Baku

Bu gün Ərdoğanla Putin arasında telefon danışığı olacaq

Bu gün Ərdoğanla Putin arasında telefon danışığı olacaq
# 23 fevral 2022 15:35 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyasını davam etdirəcəyik.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Arzu edirəm ki, inşallah, xeyirli nəticələr əldə edərik”, - o vurğulayıb.

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığını Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiq edib.

O bu gün ərzində iki ölkə başçısı arasında telefon danışığının olacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR