Bank Of Baku

Çavuşoğlu: Almaniya səfirinə ölkəsinin ikili standartı barədə bildirdik

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 18 may 2023 12:15 (UTC +04:00)

Almaniyanın Türkiyədəki səfirini Xarici İşlər Nazirliyinə çağırdıq və bütün dünyaya mətbuat azadlığı mövzusunda dərs keçməyə çalışan Almaniyanın ikili standartını ortaya qoyduq.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bizə mətbuat azadlığı dərsi keçməyə çalışanlar FETÖ üzvlərinin şikayətlərindən sonra “Sabah” qəzetinə basqın edir və sonra qəzetin əməkdaşlarını azadlığa buraxırlar. Burada məqsəd qorxutmaqdır”, - deyə XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, dünən Almaniya polisi Türkiyənin “Sabah Gazetesi”nin Frankfurt ofisində axtarış aparıb. Bu hadisə ilə bağlı Almaniyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR