Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefonla danışıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Qeyd olunub ki, danışıq zamanı Ukraynada baş verən son hadisələr müzakirə edilib.