Bank Of Baku

Çavuşoğlu: “Fransada erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasına qarşıdır”

Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

© APA | Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

# 09 oktyabr 2022 17:27 (UTC +04:00)

Fransada erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırması prosesinə qarşıdır.

APA-nın İstanbul müxbirinə verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda türk vətəndaşları ilə görüşü zamanı deyib.

Mövlud Çavuşoğlu qeyd edib ki, bu diaspor üzvləri yaxşı münasibətlərin qurulmasına qarşı çıxır, düşmənçilik tərəfdarıdırlar. Nazir Fransada yaşayan həmvətənlilərini bununla mübarizə aparmağa çağırıb.

Bundan əlavə, Mövlud Çavuşoğlu Türk-Amerika Koordinasiya Komitəsinin də erməni diasporunun Türkiyə dövləti və millətinə qarşı böhtanları ilə uğurlu mübarizə apardığını xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR