Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın yerli bürosunun xəbərinə görə, o, bu barədə "Twitter"də paylaşım edib.
Çavuşoğlu qeyd edib ki, koronavirus testinin nəticəsi pozitivdir. Nazir xəstəliyi yüngül formada keçirdiyini vurğulayıb.
O, fəaliyyətinə evdən davam edəcəyini əlavə edib.