Putindən (Türkiyədə təbii qaz qovşağının inşası) belə təklif gəldi, Rusiya “Şimal axını-1” və “Şimal axını-2”nin artıq təhlükəsiz olmadığını düşünür.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Rusiya Türkiyə ərazisi ilə Avropada Rusiya qazını almaq istəyənlər ölkələrə tədarük etmək istəyir.
Nazir əlavə edib ki, Türkiyə Avropadakı enerji böhranının aradan qaldırılmasını istəyir, çünki Avropanın zəifləməsi Türkiyənin ziyanınadır.