Bank Of Baku

Çavuşoğlu: "Rusiyaya qarşı sanksiyalara qatılmamaq ölkənin milli maraqlarının müdafiəsidir"

Çavuşoğlu: "Rusiyaya qarşı sanksiyalara qatılmamaq ölkənin milli maraqlarının müdafiəsidir"
# 05 may 2023 22:20 (UTC +04:00)

Rusiyaya qarşı sanksiyalara qatılmamaq siyasi mövqe deyil, ölkənin milli maraqlarının müdafiəsidir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması iqtisadi cəhətdən mümkün deyil.

Nazir bildirib ki, Ankara ilə Moskva arasında fərqli sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.

Onun sözlərinə görə, Türkiyə Rusiya və ABŞ arasında seçim etmir, çoxtərəfli siyasətin tərəfdarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR