NATO-ya üzvlüklə bağlı həm İsveç, həm də Finlandiyanın atmalı olduğu addımlar var. Xüsusən də İsveç addımlar atmalıdır.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. O, bildirib ki, son zamanlardakı təxribatlar, xüsusilə də İsveçdə baş vermiş təxribat heç faydalı olmayıb.
“Amma nəticədə Türkiyə olaraq biz hər zaman NATO-nun güclənməsindən yanayıq. Türkiyə NATO-ya ən çox töhfə verən ölkələrdən biridir. NATO-nun daha da güclənməsi üçün biz Türkiyə olaraq, önəmli bir müttəfiq olaraq NATO fəaliyyətlərinə dəstəyimizi verməyə davam edəcəyik. Bildiyiniz kimi biz NATO-nun fəaliyyətlərinə və missiyalarına ən çox töhfə verən ilk beş ölkədən biriyik. Ümumi büdcəyə də ən çox töhfə verən 8 ölkədən biriyik”, - deyə Çavuşoğlu bildirib.