Türkiyə tezliklə Suriya ilə münasibətləri normallaşdırmaq üçün yol xəritəsi hazırlamağa başlayacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı bildirib.
O qeyd edib ki, bununla bağlı yaxın vaxtlarda Xarici İşlər Nazirliyi digər qurumlarla birlikdə komitə yaradacaq.