Bu an etibarilə Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində fəaliyyət göstərən ölkə sayı 74, heyət sayı isə 7098 nəfərdir.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosta-rikalı həmkarı ilə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bəzi ölkələr Türkiyədə axtarış-xilasetmə işlərini tamamlayıb:
“Hazırda ölkəmizə axtarış-xilasetmə işləri üçün heyət göndərəcək ölkələr də var, gözlənilən heyət sayı isə 439 nəfərdir. Zəlzələ bölgəsində işlərini tamamlayıb ölkəmizi tərk edən ölkə sayı 15, heyət sayı isə 4236 nəfərdir. Mən bu ölkələrə və onların heyətlərinə ayrı-ayrılıqda təşəkkür edirəm”, o deyib.