Bank Of Baku

Çavuşoğlunun Lavrov və Kuleba ilə telefon danışığı olub

Lavrov, Çavuşoğlu

© APA | Lavrov, Çavuşoğlu

# 16 fevral 2022 18:54 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə NTV məlumat yayıb.

Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də telefonla danışıb.

Türkiyə XİN başçısı həmkarları ilə Rusiya-Ukrayna gərginliyini müzakirə edib, diplomatiyanın əhəmiyyətinə toxunulub.

Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında dialoqa ev sahibliyi etməyə hazır olduğunu bir daha həmsöhbətlərinin diqqətinə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR