Bank Of Baku

Çerniqovda xəsarət alanların sayı 10-a çatıb, 3-ü uşaqdır

Çerniqovda xəsarət alanların sayı 10-a çatıb, 3-ü uşaqdır
# 26 dekabr 2025 12:54 (UTC +04:00)

Rusiyanın pilotsuz uçuş aparatının Çerniqovda beşmərtəbəli yaşayış binasına endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb, 3-ü uşaqdır.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çausa istinadən məlumat yayıb.

“Bu səhər məlum olub ki, Çerniqovda yaşayış binasına “Geran” tipli PUA-nın düşməsi nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan üçü uşaqdır”, - o “Telegram” kanalında məlumat verib.

Çaus xatırladıb ki, çoxmərtəbəli binaya endirilən zərbə nəticəsində 80 yaşlı qadın həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR