Bank Of Baku

Çexiya və Slovakiya prezidentləri Borodyankaya baş çəkiblər

Çexiya və Slovakiya prezidentləri Borodyankaya baş çəkiblər
# 28 aprel 2023 11:16 (UTC +04:00)

"Bu mübarizədə Ukraynanın yanında dayanacağıq".

APA xəbər verir ki, bunu Ukraynaya səfər edən Çex Respublikasının Prezidenti Petr Pavel "Twitter" hesabında bildirib.

"Slovakiya Prezidenti Zuzana Çaputova ilə biz həm azadlığın, həm də ədalətin dəyərini anlayırıq. Ukraynalıların bunun üçün ən ağır bədəli ödədiklərini görmək ağırdır. Ukrayna bunu vətəndaşlarının qanı və canı bahasına edir. Təcavüzkarla mübarizədə ortaq dəyərlərimizi qoruyur. Ona görə də biz bu ölkənin yanında olacağıq", - Prezident Pavel bildirib.

Çex Respublikası və Slovakiya prezidentləri bu gün Ukraynaya səfər çərçivəsində Kiyev vilayətinin Borodyanka rayonuna baş çəkiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR