Çexiyada fevral son 63 ilin ən isti ayı olub

Çexiyada fevral son 63 ilin ən isti ayı olub
# 03 mart 2024 07:22 (UTC +04:00)

Çexiyada fevral ayının orta temperaturu normadan 6,1 dərəcə yüksək olub.

APA xəbər verir ki, Çexiya Hidrometeorologiya İnstitutu məlumat yayıb.

Ötən ay orta temperatur 5,7 dərəcə qeydə alınıb ki, bu da son 63 ildə qışın ən isti ikinci ayı olub.

Çexiyada fevral ayında yağıntının miqdarı normadan bir qədər çox olub. Keçən qış, alimlərin qeyd etdiyi kimi, ümumiyyətlə, çox isti keçib. Havanın orta temperaturu 2,4 dərəcə Selsi olub.

Bu arada, mart ayında Çexiyada hava şəraiti də temperatur rekordları qırır. Respublikanın şimal-şərqində yerləşən Vidnava şəhərində termometr 16,3 dərəcəni göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR